"Qarabağ"a nisbətən "Neftçi"yə münasib rəqib düşüb"
Sabah “Qarabağ” klubu Çempionlar Liqasında, növbəti gün isə “Neftçi” Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyununa çıxacaq.
Qarşıdakı oyunlarla bağlı “Qarabağ”ın U-17 komandasının baş məşqçisi Ayxan Abbasovun fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən Ayxan bəy əvvəlcə “Qarabağ” – “Zalsburq” oyunu barədə danışdı:
“Zalsburq” çox çətin rəqibdir. Bu komandanın Avstriya çempionatında oyunlarını izləyirəm. “Zalsburq” meydanın mərkəzini çox tez keçən, sürətli hücumlar qurmağı bacaran komandadır. Avstriya çempionu topla oynamağa üstünlük verir. Bilirik ki, “Qarabağ” da topla oyun sərgiləyən kolektivdir. Ancaq belə rəqibə qarşı “Qarabağ” müdafiədən oyun qursa, daha effektiv olar. Əminəm ki, Qurban Qurbanov rəqibi yaxşı analiz edib. Hamımız bilirik ki, rəqib güclüdür. Lakin mən “Qarabağ”ın mərhələni keçəcəyinə inanıram.
Ayxan Abbasov “Neftçi”nin “Çixura”ya qarşı oyunu ilə bağlı fikirlərini də bildirdi:
Bakıda “Koper”ə məğlub olandan sonra hamı “Neftçi”ni qınadı. Ancaq “flaqman” səfərdə tam fərqli oyun göstərdi. “Neftçi”dən belə oyun gözləmirdim. İndi də hamı düşünür ki, “Çixura” asan rəqibdir. Ancaq elə deyil. Hər halda “Bursaspor”u mübarizədən kənarlaşdıran rəqib zəif ola bilməz. Sadəcə, “Qarabağ”a nisbətən “Neftçi”yə münasib rəqib düşüb”.
saytlarin hazirlanmasi