"Neftçi" kimi klubun idarəetmə strukturunda onun kimi mütəxəssisə ehtiyac var"
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun tutduğu postdan istefa verməsi futbol ictimaiyyətində müxtəlif fikirlər yaratdı. Onun “Neftçi”dən getməli olduğunu düşünənlər də oldu, istefasını yanlış sayanlar da.
Tanınmış futbol fanatı İlqar Həmzəyev Tahir Süleymanovun gedişini doğru saymır. O, Sportal.az saytının vasitəsilə “Neftçi”nin prezidenti Sadıq Sadıqova müraciət edib:
“Sadıq Sadıqovdan xahiş edirəm ki, Tahir Süleymanovu geri qaytarsın. Onun gedişi növbəti mövsüm komandanın çıxışına da öz mənfi təsirini göstərəcək. Tahir Süleymanov futbol adamıdır. “Neftçi” kimi klubun idarəetmə strukturunda onun kimi mütəxəssisə ehtiyac var. "Flaqman"ın uğurlarında Süleymanovun böyük əməyi var. Hesab edirəm ki, nəinki “Neftçi”, bütün klublarda futbol adamları çalışmalıdır. Ancaq özünüz də görürsüz ki, klublarda belələri azdır”.
saytlarin hazirlanmasi