Almeyda: "Başa düşürdük ki, etdiyimiz hər hansı səhvin qarşılığında qırmızı vərəqə ala bilərik"

11:05 - 31 İyul 2014

"Avstriyada da növbəti mərhələ üçün hər şey edəcəyik"
 
"Biz bilirdik ki, yaxşı oyun oynayıb və burdan qalibiyyətlə ayrılacağıq. Sürətli “Zalsburq”a qarşı çətin oyun olacağını bilirdik və bu oyuna yaxşı hazırlaşmışdıq. Hesab 1:0 olanda biz müdafiə olunmaq məcburiyyətindəydik, amma onlar 10 nəfər qaldıqdan sonra “Qarabağ” yaxşı oynadı. Avstriyada da növbəti mərhələ üçün hər şey edəcəyik”

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeyda “Zalsburq”la oyundan sonra bildirib.

Almeyda qırmızı vərəqə alıb növbəti oyunu buraxacaq Reynal və Admir Teli kimi itkilər haqda  bunları dilə gətirib:

“Rəqibin bizə qarşı təzyiqi var idi, amma bunu qırmızı vərəqələrin səbəbi kimi göstərmək olmaz. Qırmızı vərəqə hamının başına gələ bilər. Başa düşürdük ki, etdiyimiz hər hansı səhvin qarşılığında qırmızı vərəqə ala bilərik. Biz meydanda qalan 9 futbolçudan yox, bir komandadan ibarətik. Cavab matçında Telinin yerinə bizim Rəşad Sadıqovumuz var, hücumda isə bizim Muaremimiz, Vüqarımız var”.

Futbolçu sonda azarkeşlərə səslənməyi də unutmayıb:

“Bu oyunda möhtəşəm azarkeş dəstəyi var idi. İstəyirəm ki, növbəti oyunlarda da bizə belə möhtəşəm dəstək versinlər”.

Xəbər xətti