Klub rəsmisi: "Bəli, həmin qapıçı rumıniyalıdı"
Sloveniyadan dönən "Xəzər Lənkəran" avqustun 2-sindən yenidən məşqləri bərpa edərək, Premyer Liqanın ilk turunda AZAL-la matça hazırlaşacaq.
Sportal.az idmanxeber.com-a istinadən xəbər verir ki, cənub klubu qapıçı problemini də artıq yoluna qoymaq üzrədi. İki legioner qapıçı arasında seçim edəcək "ağ-yaşıllar" böyük ehtimalla adı açıqlıanmayan rumıniyalı qapıçı ilə güclənəcək.
Oğuz Çətinin istədiyi bu qolkiper yaxın günlərdə "Xəzər Lənkəran"ın düşərgəsinə qoşulacaq. Lakin onun öncədən də xəbər verdiyimiz kimi ilk turda meydana çıxmayacağı dəqiqdi.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu iki qapıçı arasında seçim edəcəklərini bildirib:
"İki qapıçı arasında seçi olacaq. Bəli, həmin qapıçı rumıniyalıdı. Hər şeyə yaxın günlərdə aydınlıq gələcək. Biz bu problemi də çempionat başlamamış yoluna qoyacağıq".
saytlarin hazirlanmasi