- Gündə iki dəfə məşq edirik. Səhərlər fiziki, axşamlar isə topla çalışmalara üstünlük veririk. İlkin hazırlıq mərhələsi yaxşı keçdi. 20 günlük toplanışda komandanın hazırlığı əsas fiziki təmrinlər üzərində qurulmuşdu. Bir neçə gündən sonra Boluda toplanışın ikinci mərhələsinə başlayacağıq. Orada topla və taktiki çalışmalar üzərində işləyəcəyik. Bundan başqa bir neçə yoldaşlıq oyunları da keçirəcəyik. PTT liqa 1-də oyunların start götürməsinə bir ay vaxt qalır. Ona kimi komandamız hazır olmalıdır.
- “Bakı”da bir neçə məşqçi ilə işləmişəm. Nurullah Sağlam indiyə qədər çalışdığım məşqçilərdən seçilir. Bu mütəxəssisi digərlərindən fərqliləndirən cəhət peşakarlığı və insanı keyfiyyətləridir. İlk dəfədir ki, belə bir məşqçiyə rast gəlirəm. Onun futbolçulara yanaşma tərzi başqadır. Nurullah Sağlamın iş prinsiplərindən biri futblçularla gözəl münasibət qurmaq və kollektivdə ayrı seçkilik salmamaqdan ibarətdir. Nizam–intizam qaydaları da öz yerində. Onun qayğıkeş olması komandada yüksək ab-hava yaradıb. Bu cür mütəxəssisin başçılığı altında oynamaq mənim üçün qürurvericidir. Onunla komandanın PTT1 liqasında uğurlu nəticə əldə edəcəyinə inanıram.
- Bəli, mütəmadi maraqlanır. “Qaziantep BB”yə transferim Asim müəllimin sayəsində baş tutdu. Onun işində necə peşəkar olduğunu “Qaziantep BB”yə keçidim zamanı şahidi oldum. O, Azərbaycanda “Qaziantep B.B”nin nümayəndəsi hesab olunur. Baş məşqçimiz Nurullah Sağlamın ona olan münasibəti də bundan xəbər verir.
- Komandanın heyətində güclü və səviyyəli oyunçular var. Birlik olan yerdə məqsədə çatmaq mümkündür. Stardan çox şey aslıdır, əgər ilk oyunda qələbə qazansaq ardını gətirmək olar. “Qaziantep BB”nin uğur qazanması əliməzdən gələni edəcəyik. Nurullah Sağlam kimi savadlı və qayğıkeş baş məşqçimiz var . Onun başçılığı altında komandanın uğur qazanacağına inanıram.
- Düzü, azarkeşlərlə görüşməmişik. Məşqlərimiz bazada olduğundan azarkeşlərlə qarşılaşmamışıq. Məndə olan məlumata görə, çempionat oyunlarımda azarkeşlər komandaya dəstək verirlər. Turkiyədə arazkeş qıtlığı yoxdur, Qaziantepdə futbola maraq böyükdür. Belə bir azarkeş ordusunun qarşısında oynamaq bizə əlavə stimul verəcək.
- PTT-də mübarizə aparan komandalar yeni mövsümə ciddi hazırlıq görürlər. Onlar da boş dayanmirlar və heyətlərini daha səviyyəli oyunçularla gücləndirirlər. Deyilənə görə, ötən illərlə müqayisədə indi PTT-də iddialı komandaların sayı artıb. Əvvəl aşağı dəstədə Super Liqaya vəsiqə qazanmaq uğrunda 4-5 komanda mübarizə aparırdısa, indi iddialılıarın sayı 10-a çatıb. Belə görünür ki, bizi uzun və çətin bir marafon gözləyir.
- “Qaziantep BB” köklü klubdur və arxasında güclü sponsoru var. İnanmıram ki, çempionatın gedişində komandada maliyyə sıxıntıları olsun. Əgər belə bir hadisə yaşanarsa, mən Türkiyəni tərk etməyəcəm. O zaman yenidən menecerimə müraciət edəcəyəm. Onun qərarı ilə hərəkət edəcəyəm. Azərbaycanı ona görə tərk etməmişəm ki, yenidən geri qayıdım. Bura gələndə qaşıma məqsəd qoymuşam ki, bacardığım qədər irəliləyim və daha yüksək liqalarda ölkəmizi təmsil edim. Əgər futbolçu kimi irəli getmək və inkişaf etmək istəyirəmsə, mütləq Türkiyədə özümü göstərməliyəm. Mən belə anlayıram ki, daha seviyyəli komandaların maraq dairəsinə düşmək üçün yegənə çıxış yolumuz Türkiyədir.
- Milli komandamızın formasını geyinmək mənim uşaqlıq arzumdur. Əslində çox şey özümdən asılıdır. Millimizin üzvü Vaqif Cavadovla eyni komandada oynamaq mənim yığmaya yolumu aça bilər. Baş məşqçi Berti Foqts Vaqifə görə “Qaziantep BB”nin oyunlarını diqqətdə saxlayacaq. Ola bilsin ki, oyunum almaniyalı mütəxəssisin nəzrini cəlb etsin. Yığma komandaya dəvət alsam özümü yaxşı tərəfdən göstərməyə çalışacağam.