UEFA "Qarabağ"ı Qafqazın "Barselona"sı adlandırdı

16:48 - 31 İyul 2014

"Qarabağ" kimdir?
 
Çempionlar Liqasının üçüncü mərhələsinin ilk oyununda Avstriyanın “Zalsburq” klubunu 2:1 hesabı ilə məğlub edən “Qarabağ”a UEFA tərəfindən maraq artmaqdadır.

Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytı  “Qarabağ” klubu ilə bağlı növbəti  yazını hazırlayıb və əvvəlki kimi onu da saytın baş məqaləsi kimi təqdim edib.

UEFA -nın hazırladığı “Qarabağ” kimdir?” adlı yazıda Ağdam klubunun tarixi haqda məlumat verilib, “qaçqın komanda” kimi faəliyyət göstərdiyi bildirilib. Eyni zamanda “Qarabağ”ın Avropa Liqasında üç dəfə pley-off mərhələsinə qədər gəldiyi bildirilib.

Yazıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uğurlu faəliyyət göstəridiyi də vurğulanıb.
 
Məqaləyə keçid: http://www.uefa.com/uefachampionsleague/news/newsid=2129218.html#who+qarabag+fk

Həmçinin “Qarabağ”ın braziliyalı legionerlərinin oyununa toxunulub. UEFA “Qarabağ”ın “Barselona” kimi oynadığı da diqqət çəkib, Azərbaycanda bu komandaya “Qafqazın “Barselona”sı deyildiyini yazıb.


 

Xəbər xətti