"Qarabağ"ın rəqibi 10 nəfərlə qələbə qazandı

12:42 - 3 Avqust 2014

"Zalsburq" "Rid"i məğlub edib

 

Avstriya çempionatında III turun oyunlarına start verilib.

 

Sportal.az  xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Zalsburq” səfərdə “Rid” klubu ilə qarşılaşıb.

 

Əvvəlki iki turu qələbə ilə başa vuran rəqibimiz bu dəfə də xal itirməyib. 78-ci dəqiqədən 10 futbolçu ilə qalmasına baxmayaraq, “Zalsburq” rəqibini 0:2 hesabı ilə məğlub edib . Qolları  Frants Şmeyer (50) və Massimo Bruno (90+2) vurub.

 

Qeyd edək ki, , “Zalsburq” Bakıda keçirilən oyunda “Qarabağ”a 1:2 hesabı ilə uduzub. Komandalar arasındakı cavab görüşü  avqustun 6-da baş tutacaq.

Xəbər xətti