AZAL hücum xəttini əcnəbi futbolçularla gücləndirir

13:21 - 3 Avqust 2014

“Təyyarəçilər” üç müxtəlif ölkədən hücumçu gətirir

 

Gənc məşqçi Tərlan Əhmədovun başçılığı altında yeni mövsümə hazırlıq görən AZAL ilk turda Premyerliqanin iddialılarından biri sayılan “Xəzər Lənkəran”ı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, çempionatın başlanmasına 1 həftədən az vaxt qalmasına baxmayaraq “təyyarəçilər” heyətini gücləndirməyi planlaşdırır. Əsasən komandanın hücum xəttini “dişsiz” olduğunu görən baş məşqçi bir neçə futbolçunu sınaqdan keçirməyi nəzərdə tutub.

 

Əldə etdiyimiz məlumata görə yaxın günlərdə şüvəlanlılar üç hücumçunu baxışdan keçirəcək. AZAL-ın düşərgəyə dəvət etdiyi futbolçular brazilıyalı, polşalı və çexiyalı olacaq. Yeni mövsümdə mükafatçılar sırasına düşməyi qarşısına məqsəd qoyan komanda bu futbolçulardan ikisini transfer etməklə heyətini gücləndirəcək.  

Xəbər xətti