Rəşad Sadıqovun oynayıb-oynamayacağı sabah bilinəcək
“Qarşılaşma barədə geniş danışmaq istəmirəm. "Zalsburq" çox güclü komandadı. Biz sabah çox yaxşı bir komandaya qarşı oynayacağıq”. Sportal.az saytının verdiyi xəbərə görə, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyundan öncə mətbuat konfransında deyib. Qurbanov bildirib ki, komandası mərhələ adlamaq üçün bütün gücündən istifadə edəcək.
"Öncə cəbhə bölgəsində şəhid olan əsgərlərin ailələrinə başsağlığı verirəm. Rəşad Sadıqovun oynayıb-oynamayacağı sabah bilinəcək. Onun haqda qərar vermək üçün sabahadək vaxtımız var. Vüqar Nadirovun isə oynamaq şansı var. Heyətdə hansısa dəyişiklik etsək, ola bilər ki, futbolçular bunu yerinə yetirməsin. Rəqibi yaxşı tanıyırıq. Ola bilsin bizə imkan verməsin. Reynaldo və Telinin yoxluğu bizə problem yarada bilər. Hər şey sabah meydanda bilinəcək. Sosial şəbəkələrdə gedən yazılara gəlincə, bu haqda düşünsək futbolçuların konsentrasiyasına təsir edə bilər. Əsas odu fikrimiz oyunda və rəqibdə olsun. Futbolçularımızın qol vuranda hansısa jest etməyinə gəlincə, daha yaxşı nəticə ilə dönsək, daha yaxşı olacaq”.
Zalsburqa uduzmağa gəlmədiyini deyən Qurbanov sabahkı qarşılaşmada stadionun tam dolacağını söyləyib: “Rəqib məşqçi də deyir ki, azarkeş amilindən yararlanmalıyıq. Yerli azarkeşlərin çox olması bizə mane ola bilər. Amma bizim məqsədimiz yaxşı nəticə qazanıb, mərhələ adlamaqdı. Çalışmalıyıq ki, komandamız sabah ən yaxşı oyunlarından birini oynasın. Düzdü, “Qarabağ”da psixoloji gərginlik var, lakin qarşılaşmaya qədər bunu üzərimizdən atmağa çalışacağıq”.
saytlarin hazirlanmasi