Adolf Hütter: "Reynaldonun olmaması rəqib komandanı zəiflətdi"

03:11 - 7 Avqust 2014

"“Qarabağ” Avstriya liqasında aparıcı mövqelərdə olardı"
 
“Zaltsburq” klubunun baş məşqçisi Adolf Hütter Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” üzərində 2:0 hesablı qələbəni şərh edib. Sportal.az-ın verdiyi xəbərə görə, Hütter oyunun maraqlı keçdiyini bildirib.
 
 “Bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Birinci hissədə daha çox qol vurmalıydıq. Hesab 3:0 da ola bilərdi. Reynaldonun yerinə Nadirovun oynayacağını düşünürdük. “Qarabağ” çox ciddi rəqibdir. Biz cavab oyununa ciddi hazırlaşmışdıq. Oyun da göstərdi ki, yaxşı hazırlaşmışıq. Rəqibə şans vermədik. Bizə “Qarabağ”ın necə oynayacağı ilə bağlı əlavə informasiya verilibmi? Yox, belə bir şey olmayıb. Yenə də o fikirdəyəm ki, “Qarabağ” Avstriya liqasında aparıcı mövqelərdə olardı. Reynaldonun olmaması komandanı zəiflətdi. Bizim üçün növbəti rəqibimizin klim olacağının əhəmiyyəti yoxdur”.

Xəbər xətti