Böyükağa Hacıyev: "Hesab 4-2, 5-2 ola bilərdi"

00:45 - 8 Avqust 2014

"Neftçi" növbəti mərhələyə adladı
 
Klub səfərdə qələbə qazanaraq pley-offa vəsiqə qazandı.
 
Sportal.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev oyundan sonra keçirilən mətbuat konfransında gürcü jurnalistin "Bu gün afrika - gürcü şousu oldu. sizə təşəkkür edirik" sözündən sonra bunları deyib:
 
"Bir şeyi unutma. Siz çox cavansınız. Dünya pul dünyası, var dünyasıdır. İmkanımız var, alırıq. Sizin imkanınız olsa, siz də alarsınız. Hesab 4-2, 5-2 ola bilərdi”.
Qeyd edək ki, Böyükağa Hacıyevin mətbuat konfransı həmişəki kimi geniş olmayıb. Təyyarəyə gecikdikləri üçün Hacıyev konfransı tez tərk edib.
 
Nəzərinizə çatdıraq ki, klub təyyarəyə geçikdiyi üçün Böyükağa Hacıyev mətbuat konfransını tez tərk edib.

Xəbər xətti