Əsas komandanın bütün üzvləri fevralın maaşını son qəpiyinədək alıblar
Bilirsiz ki, bu ilin əvvəlindən «Bakı»da maddi çətinlmklər mövcuddu. Klubun tərkibinə daxil nə varsa, 6 aydı məvacib almır. AFFA-nın baş katibi Elxan Məmmədov ötən tədbirlərin birində bu barədə xüsusi açıqlama vermişdi. Federasiya rəsmisi bu qədər müddətdə maaş almamalarına rəğmən, futbolçuların meydana çıxmasına təəccübünü gizlədə bilməmişdi.
Əlbəttə, o, bu sözləri havadan deməmişdi. Məmmədovun paytaxt klubunda cərəyan edən proseslərdən dəqiqliyi ilə məlumatı var. buna şübhə etmirik. Baş katib «Bakı»nın durumundan danışmaqla, bir növ işarə vurdu ki, mən hər şeydən xəbərdaram, hər gün, hər saat informasiya alıram.
Yəqin Məmmədovun bizdən öncə bilgisi var ki, bu gün klubun bazasında nə baş verib. Ondan gizlin deyil, oxucularımızdan niyə gizli olsun. Nəhayət ki, «Bakı»da maaş borclarının ödənilməsinə başlanılıb. Hafiz Məmmədov verdiyi sözü tutub bununla. Axı klub prezidenti söz vermişdi ki, çempionatın startınadək ödəmələr həyata keçiriləcək. Dünən əsas komandanın bütün üzvləri fevralın maaşını son qəpiyinədək alıblar. Yaxın 2 gün içində digər ayların əməkhaqları və mükafatları paylanacaq.
SPORTİNFO.AZ
saytlarin hazirlanmasi