Vüqar Nadirov: "Tvente" o vaxt çox güclü idi"

17:06 - 8 Avqust 2014

"Amma indi deyəsən, çox dəyişib"

 

“Tvente” ilə 2009-cu ildə keçirilən oyunları yaxşı xatırlayıram. Həmin vaxt səfər oyununda qol vurmuşdum. “Tvente” o vaxt çox güclü idi, heyətində aparıcı futbolçular, tanınmış məşqçi vardı. Amma indi deyəsən, çox dəyişib. Heyətdə islahatların aparıldığını eşitmişəm. Buna baxmayaraq, komanda barədə ciddi məlumatım yoxdur”.

 

Bu sözləri Futbol11.az saytına açıqlamasında Azərbaycan milli komandasının və “Qarabağ” klubunun futbolçusu Vüqar Nadirov deyib.

Nadirov bildirib ki, “Qarabağ” “Tvente”ni mübarizədən kənarlaşdıra bilər: “Niyə də olmadın? Biz var gücümüzlə oynayacağıq. Məqsədimiz qrupa düşməkdi. Bunun üçün çalışmalıyıq. “Tvente”ni araşdıracağıq. Və ümid edirəm ki, xalqımızı sevindirəcəyik”.

 

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 21-28 avqustda reallaşacaq.

Xəbər xətti