"Neftçi" və "Qarabağ" üçün tanış rəqiblər

17:35 - 8 Avqust 2014

"Qarabağ" əvvəlki "Qarabağ" deyil
 
Avropa Liqasının pley-off mərhələsində ölkəmizi təmsil edən “Qarabağ” və “Neftçi”nın rəqibləri artıq məlumdur.
 
Sportal.az xəbər verir ki, hər iki rəqib bizə tanışdır. Ağdam klubu 2009-cu ildə məhz Hollandiya  təmsilçiylə pley-off-da üzləşib. İlk qarşılaşmada səfərdə “Tvente”yə 1:3 hesabı ilə məğlub olan “Qarabağ” evdə hollandlarla qolsuz bərabərə qaldı.
 
İki il əvvəl “Neftçi” Kipr təmsilçisi APOEL-i səfərdə məğlub edərək iki oyunun nəticəsinə görə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Həmin vaxt Avoliqada “ağ-qaralar”ın qrup mərhələsində rəqblərindən biri də Serbiya “Partizan”ı idi. Serbiyada ilk görüş qolsuz başa çatsa da, Bakıdakı qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqlənə bildilər - 1:1. Halbuki serblərlə oyunda “Neftçi” qalib gələcəyi halda qpur mərhələsini 3-cü yerlə başa vura bilərdi.
 
Düzdü, təmsilçilərimiz adıçıkilən komandalarla bir neçə il bundan əvvəl qarşılaşıb. Həmin vaxtdan xeyl keçir. Klublar da yerində saymır, müasir futbolla ayaqlaşır. İndi "Qarabağ" bir neçı illər bundan əvvəlki "Qarabağ" deyil. "Neftçi" də ondan geri qalmır. Bu gün iki komandamız var ki, Avropada özlərini yaxşı tərəfdən göstərə bilirlər. "Neftçi" ilə müqayisədə "Qarabağ"a pley-of-da daha çətin rəqib düşüb. Ağdam təmsilçisinin əlinə yaxşı füsət düşüb. Yəni, bir neçə il bundan əvvəl "Qarabağ"ı qupdan kənar qoyan "Tvente"dən qisas ala bilər. Əlbəttə ki, hər iki komandamız pley-off səddini aşaraq Avaropa Liqasının qrup mərhələsinə vəsiqə qazansa, onda Azərbaycanda əsl futbol bayramı yaşanacaq.                     

Xəbər xətti