Elxan Məmmədov: "Komandalarımızdan biri ilk oyunu səfərdə keçirməlidi"

20:14 - 8 Avqust 2014

"UEFA bununla bağlı müvafiq qərar qəbul edəcək"

 

"Əvvəla onu deməliyəm ki, UEFA Avropa Liqasının pley-off mərhələsində zəif rəqib olmur. Bu baxımdan, hesab edirəm ki, püşkün nəticəsi normaldı”. Bu sözləri apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

Avropa Liqasının pley-off mərhələsinin bu gün keçirilmiş püşkatma mərasimi ilə bağlı fikirlərini bildirən baş katib "Qarabağ" və "Neftçi" komandalarının hər ikisinin ilk oyunu evdə keçirməsinin mümkünlüyünə aydınlıq gətirib: “UEFA bununla bağlı müvafiq qərar qəbul edəcək və təmsilçilərimizdən biri ilk oyununu səfərdə keçirəcək. Çünki Əsasnaməyə görə, eyni şəhərdə, 50-60 kilometrdən yaxın məsafədə UEFA-nın bir turnirinin iki oyunu eyni gündə keçirilə bilməz".

Xəbər xətti