"İkinci dəfə qrup mərhələsinə vəsiqə qazanaraq, yeni tarix yazmaq üçün əlimizdən gələni edəcəyik”
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına açıqlama verib. Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Avropa Liqasının pley-off mərhələsində püşkün nəticəsini dəyərləndirib:
“Pley-off mərhələsində asan rəqib olmur. Buna görə də rəqibin kimliyinin elə bir önəmi yoxdur. “Partizan”a gəlincə, tanış rəqibdir. Bu komanda ilə Avropa Liqasının qrup mərhələsində iki dəfə qarşılaşmış və məğlub olmamışıq. “Partizan” ciddi rəqibdir, bu komandaya hörmətlə yanaşırıq. Ümumiyyətlə, Serbiya futbolunun gücündən hamının xəbəri var. İlk oyunun avqustun 21-də keçiriləcəyini nəzərə alsaq, daha yaxşı hazırlaşmağa vaxtımız var. İkinci dəfə qrup mərhələsinə vəsiqə qazanaraq, yeni tarix yazmaq üçün əlimizdən gələni edəcəyik”.
saytlarin hazirlanmasi