"Krasnodar" da "Neftçi" və "Qarabağ"ın durumu ilə üzləşdi, klub prezidenti narahatlığını ifadə etdi

21:10 - 8 Avqust 2014

"21 günə 7 oyuna çıxmaq çox çətindir"

 

Avropa Liqasında mübarizəni davam etdirən “Krasnodar” klubunun  prezidenti Sergey Qaliskiy Rusiya mətbuatına növbəti mərhələdəki rəqibi “Real Sosyedad” barədə danışarkən maraqlı məqama toxunub:

 

“21 günə 7 oyun. “Krasnodar” üçün bu qeyri-adi haldır. Dünyada istənilən klub üçün belə qrafik ağırdır. Ən əsas problem uçuşlarla bağlıdır. Avropa komandaları belə rejimdə oynasa da, onlar uçuşlara çox vaxt itirmirlər. Bizim isə yalnız San Sebastyana uçmağımıza 6 saat vaxt tələb olunur. Bu qrafikin sonunda biz gümrahlığımızı itirəcəyik”.

 

Qeyd edək ki, Avroliqada mübarizə aparan həm “Neftçi”, həm də “Qarabağ” 22 günə 7 oyuna çıxmalıdırlar. 

Xəbər xətti