"Tvente" ilə oyunda bu futbolçu "Qarabağ"a kömək edə bilər: "Artıq razılığa gəlmişik"

10:10 - 9 Avqust 2014

3 illik müqavilə imzalayacağıq

 

Çempionlar Liqasının 3-cü mərhələsində “Zalsburq”a qarşı oyun “Qarabağ” üçün xoşagəlməz məqamlarla yadda qaldı. Oyunun gedişində Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov iki məcburi əvəzetməyə əl atdı. Hər iki halda müdafiəçimiz zədə səbəbindən meydanı tərk etməli oldu.

 

Avropa Liqasında “Tvente” ilə matçlara hazırlaşan “Qarabağ”ın müdafiə xəttində sıxıntılar var. Avstriyada zədələnən Maksim Medvedev və İlqar Qurbanov böyük ehtimalla “Tvente” ilə oyuna yetişməyəcəklər. Ola bilər ki, Qurban Qurbanov bu boşluğu milli komandanın və “Bakı”nın müdafiəçisi Şəhriyar Əliyevlə doldursun.

 

Sportal.az saytına açıqlama verən gənc futbolçu məsələyə belə münasibət bildirdi:

 

“Bakı”da vəziyyətin düzəlmədiyini görüncə, AFFA-ya müraciət etdim və belədə başqa kluba keçmək imkanı qazandım. Demək olar ki, “Qarabağ”la artıq razılığa gəlmişik. Yəqin ki, gələn həftənin əvvəli 3 illik müqavilə imzalayacağıq. Nə vaxt oynayacağıma gəlincə isə, buna Qurban Qurbanov qərar verəcək”. 

Xəbər xətti