"Tərlan Əhmədovun gəlişindən sonra komandada xeyli dəyişikliklər oldu"
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovun Sportal.az-a müsahibəsi
- AZAL-ın təlim məşq toplanışını necə dəyərləndirisiz?
- Toplanışını uğurlu saymaq olar. Türkiyədə iki həftəlik təlimlərdə beş yoxlama oyunu da keçirdik. Həmin müddətdə toplanışa baxışa gələn legioner futbolçuları sınadıq. Tərlan Əhmədov bəyəndiyi oyunçuları komandaya dəvət etdik.
- Bizdə olan məlumata görə, rəhbərlik baş məşqçinin qarşısına komandanın ilk üçlükdə yer alması məqsədini qoyub.
- Sizcə, AZAL-ın indiki heyəti ilə buna nail ola bilərsiz?
- Heyətdə xeyli dəyişiklər etmişik. AZAL-ı tərk edən futbolçuların yerini daha səviyyəli oyunçularla doldurmuşuq. Düzdü, hədəfimiz ilk üçlüyə düşmək və avrokuboklara vəsiqə verəcək yeri təmin etməkdir. Düşünürəm ki, komandanın heyətində yetərincə futbolçular var ki, bu vəzifənin öhdəsindən gələcəklər. Transfer etdiyimiz yeni oyunçular da tez bir zamanda komandaya uyğunlaşdılar.
- Baş məşqçi olaraq Tərlan Əhmədov işinin öhdəsindən gələ bilirmi?
- Tərlan Əhmədov vaxtı ilə AZAL-ın lideri olub. O, komandaya yaxından bələddir. Bir gənc məşqçi kimi qısa bir müddətdə ondan nəticə tələb etmək də olmaz. Tərlan AZAL-a gəlməmişdən əvvəl “Neftçi”də işləyib. Mən deyərdim orada bir sıra uğurlar əldə edib və təçrübə yığıb. Onun futbolçu seçimi yaxşıdı və komandada xeyli dəyişikliklər edib.
- Bu gün Azərbaycan Premyer Liqası start götürür. AZAL-ın ilk turda rəqibi iddialı komandalardan biri sayılan “Xəzər Lənkəran”dır. Bu oyun haqqında nə düşünürsüz?
- “Xəzər Lənkaran” da yeni mövsümə ciddi hazırlıq keçib. Onlar da heyəti yeniləyib bir sıra futbolçularla gücləniblər. Azərbaycan çempionatında komandalar oyun səviyyəsi baxımından bir-birindən az fərqlənir. Demək olar ki, bəzi oyunlarda səviyyə fərqi özünü bildirmir. Hətta iddialılarla oyunlarda belə. Adətən birinci oyun bir qədər çətin olur. Yalnız “Xəzər Lənkəran”a deyil, biz bütün komandalarla oyunlarda qələbə qazanmağa çalışacağıq. Komandanın çempionata necə start götürməsindən də çox şey asılıdır. İlk oyunda komanda qələbə qazananda istər-istəməz futbolçular növbəti qarşılaşmaya da yaxşı köklənirlər. “Xəzər Lənkəran”la oyunda qələbə əldə etsək, onda ardı da gələcək.
- Con Oluremi AZAL-ı niyə tərk etdi?
- Olureminin şəxsi problemleri vardı. Onun anasının vəziyəti ağırdı. Anasının avtomobil qəzasında ciddi zədələr aldığı şəkilləri bizə göstərdi. Belə vəziyyətdə onu komandada saxlamaq düzgün olmazdı. Ona görə də qarşlıqlı razılıq əsasında transfer vərəqəsini özünə qaytarıb yola saldıq.
saytlarin hazirlanmasi