Leroy Corc: "Bakıda "Tvente" ilə oyunda yaxşı nəticə qazansaq..."

13:08 - 9 Avqust 2014

"Doğma vətənimdə oynamaq hər zaman maraqlıdır"

 

"Komanda yoldaşlarımdan biri mənə zəng edəndə yuxulu idim. O, mənə Hollandiyaya gedəcəyimizi söylədi. Mən "Hollandiyada nə edəcəyik, "Tvente" ilə oynayacağıq?" deyə soruşdum. Əlbəttə, doğma vətənimdə oynamaq hər zaman maraqlıdır".

 

Sportal.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Leroy Corc Hollandiya mətbuatına açıqlamasında deyib.

 

Hollandiyalı futbolçu "Tvente" ilə görüşdə yaxşı nəticəyə ümid etdiyini bildirib: "Bir sıra komandalar bizi lazımi səviyyədə qiymətləndirmirdi. Ancaq sonradan haqqımızda təriflər eşidirdik. Əgər Bakıda "Tvente" ilə oyunda yaxşı nəticə qazansaq, o zaman mərhələni keçmək şansımız yaranacaq. Mən buna inanıram".

 

Qeyd edək ki, "Qarabağ" və "Tvente" komandaları arasında ilk oyun avqustun 21-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Hollandiyada keçiriləcək. 

Xəbər xətti