Yoxlama qarşılaşmasında qalmaqal baş verib
Türkiyənin Kartəpə vilayətində hazırlıq zamanı “Sumqayıt” bir neçə yoxlama matçında qüvvəsini sınadı.
Sportal.az xəbər verir ki, “Sumqayıt”ın İranın “Persepolis”lə yoldaşlıq oyununda maraqlı hadisə baş verib. “Sumqayıt”ın hesabda 1:0 irəlidə olmasını həzm edə bilməyən “Persepolis”in baş məşqçisi Əli Daei meydana çıxıb.
Buna iranlı futbolçuyla “Sumqayıt”ın yeni transberi Ceyhun Cavadovun mübahisəsi səbəb olub. Rəqib komandanın fubolçusunun Cavadova qarşı arxadan sərt oynaması ortalığı qarışdırıb. İki futbolçunun mübahisəsinə müdaxilə edən Əli Daei Cavadova sillə vurub. Həmin vaxt “Sumqayıt”ın məşqçilər korpusu məsələyə qarışıb və rəqib baş məşqçiyə öz iradlarını bildiriblər. Oyun başa çatandan sonra Əli Daei Ceyhun Cavadova yaxınlaşıb ondan üzr istəyib.
Qeyd edək ki, qarşılaşma “Persepolis”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi