Matçın hakimləri, AFFA nümayəndəsi, hakim-inspektorlar stadionu tərk ediblər
Premyer Liqada bu gün keçirilməli olan “Simurq” – “Bakı” oyunu təxirə salınıb. Belə ki, saat 18:00-da reallaşmalı olan oyun keçirilməyəcək. Artıq matçın hakimləri, AFFA nümayəndəsi, hakim-inspektorlar stadionu tərk ediblər.
Oyunun keçirilməməsinin səbəbi “Bakı”nın sənədlərinin qaydasında olmamasıdır. Qeyd edək ki, dünən bu komandalar arasında keçirilməli olan “Bakı” - “Simurq” oyunu da reallaşmayıb.
Sportal.az xəbər verir ki, Avqustun 15-ə qədər çempionatda çıxış etmək üçün lazımi sənədlər təqdim edilməsə, “Bakı” Premyer Liqadan qovulacaq. Bu barədə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilib.
saytlarin hazirlanmasi