UEFA qərar verdi: "Neftçi" səfərdə, "Qarabağ" evdə

19:35 - 9 Avqust 2014

Əvvəlcə Belqrad, sonra Ensede səfəri
 
Azərbaycanın Avropa Liqasındakı təmsilçilərindən hansının pley-off mərhələsindəki ilk oyunu səfərdə keçirəcəyi müəyyənləşib.
 
Sportal.az Rekord.az-a istinadən xəbər verir ki, püşkün nəticəsinə görə, həm Hollandiya "Tvente"si ilə qarşılaşmalı olan son çempion "Qarabağ", həm də Serbiya "Partizan"ına rəqib olan "Neftçi" ilk oyununu səfərdə keçirməliydi. 
 
Bu isə o deməkdir ki, 1 həftə sonra hər iki komandamız ev oyunlarını eyni stadionda, Tofiq Bəhramov adına Respublika stadionunda oynamalı idi. Bu isə mümkünsüz idi. Məhz bunu nəzərə alan UEFA komandalarımızdan birinin oyun qrafiki dəyişib. 
 
Beləliklə, "Neftçi" qrafika uyğun olaraq, "Partizan"la ilk matçını Serbiyada keçirəcək. "Qarabağ" isə Hollandiyanın "Tvente" klubunu Bakıda qəbul edəcək.

Xəbər xətti