Futbolçunun menecerinə müraciət olunub
“Qarabağ” Çempionlar Liqasında növbəti mərhələyə adlaya bilməsə də, Bakıda “Zalsburq” üzərində parlaq qələbəylə yadda qaldı. 2:1 hesabı ilə bitən matçın qəhrəmanı sözsüz ki, Reynaldo oldu. Braziliyalı forvard qol vurmaqla yanaşı oyunboyu rəqib müdafiəçilərin kabusuna çevrildi.
Reynaldonun oyunu Avstriya çempionunun da diqqətini cəlb edib. Artıq Reynaldonun transfer edilməsi üçün onun şəxsi menecerinə də müraciət olunub.
Bu barədə sportal.az saytına futbolçunun şəxsi meneceri Odario Duraes məlumat verib:
“Artıq bir neçə günür ki, Bakıdayam. Bu günlərdə Reynaldonun gələcək taleyinə aydınlıq gəlməlidir. Onun “Qarabağ”la hələ il yarımlıq müqaviləsi var. Lakin Reynaldo üçün mənə çox ciddi klublar müraciət edirlər. Hələ ötən mövsümdən Almaniya “Ayntraxt”ı onu heyətində görmək istəyir. İndi isə “Zalsburq” Reynaldo ilə maraqlanır. Bakıdakı matçdan sonra onun qiyməti ilə maraqlanıblar. Reynaldo “Qarabağ”da qalmaq istəyir. Ancaq belə məsələlərdə düşünüb doğru qərar vermək lazımdır. Reynaldo getməli olsa, bu yalnız Avropa Liqasında “Tvente” ilə play-off oyunlarından sonra baş verəcək”.
saytlarin hazirlanmasi