Mahmud Qurbanov: "Xəzər Lənkəran" qol epizodlarını sağa-sola xərclədi"

12:05 - 10 Avqust 2014

"Rauf Əliyevin başla vurduğu qol gözəl alındı"

 

Azərbaycan Premyer Liqasının ilk turunda AZAL- “Xəzər Lənkəran” (1:1) açılış matçını milli komandamızın məşqçilər korpusu da izləyib. Şüvəlandakı görüşü Berti Foqtsun köməkçiləri Aslan Kərimovla Mahmud Qurbanov da izləyib.

 

Mahmud Qurabanov Sportal.az-a açıqlamasında mövsümün ilk oyununu belə dəyərləndirib:

 

“Əvvəla yeni mövsümün startı ilə bağlı futbol içtimaiyyətini təbrik edirəm. Bizi qarşıda uzun bir marafon gözləyir. İlk oyun da maraqlı keçdi, gözəl qolların şahidi olduq. Hətta birinci oyunda qırmızı vərəqə də gördük. Hər iki komandanın heyətində yeni yerli və gəlmə oyunçuların var. Onların da oyununa baxdıq.

 

Adətən ilk oyun ağır olur. Bunu nəzərə alanda hər iki komanda pis oynamadı. İlk baxışdan belə görünür ki, çempionat gərgin keçəcək. Oyunun əvvəlində “Xəzər Lənkəran” üstünlüyü ələ aldı. Onlar rəqib qapısı qarşısında çoxlu sayda qol epizodları yaratdılar. Sadəcə, onun birindən istifadə etdilər. Açığı, Rauf Əliyevin başla vurduğu qol gözəl alındı. Ola bilsin ki, ilk oyunun həyacanından irəli gələrək “Xəzər Lənkəran” qol epizodlarını sağa-sola xərclədi. AZAL-ın meydanda 10 nəfərlə qalması da rəqibi bir qədər arxayınlaşdırdı. Oyunu əks-hücumlar üzərində quran AZAL belə həmlələrin birində bərabərlik qolunu vurdu. Həqiqətən, bu oyunda vuruılan ikinci top da gözəl alındı. Ola bilsin ki, qapıçı zərbə vurulan anda topa reaksiya göstərməkdə gecikdi. İlk oyundan komandaların hası gücə malik olmasını söyləmək olmaz.

 

Bayaq dedim ki, ilk oyun həmişə ağır olur. Hər iki komanda təlim-məşq toplanışından yeni qayıdıb. Gəlmə oyunçuların adaptasiya keçməsi lazımdır. Çempionatın ortalarında artıq komandaların hansı potensiala maliok olduğu üzə çıxacaq”.

Xəbər xətti