"Qarabağ"dakı ab-havadan danışdı, seçimini izah etdi: "Başqa təkliflər var idi, ancaq məhz "Qarabağ"da özümü rahat hiss edəcəyimi düşündüm"

13:05 - 10 Avqust 2014

"Əlimdən gələni edəcəm"

 

Ötən mövsüm “Bakı”nın heyətində özünü yaxşı tərəfdən göstərən Namiq Ələsgərov diqqətləri üzərinə cəlb etdi.

 

“Bakı” ilə müqaviləsi bitən 19 yaşlı futbolçu yeni mövsümə “Qarabağ”ın heyətində başlayacaq. O, Ağdam klubu ilə 3 illik müqavilə bağlayıb.

 

Sportal.az saytına çıqlama verən Ələsgərov keçidi ilə bağlı bunları dedi:

 

 “Bakı” ilə müqaviləm başa çatdığından keçidimdə heç bir problem olmadı. Başqa təkliflər var idi, ancaq məhz “Qarabağda özümü rahat hiss edəcəyimi düşündüm.

 

Düzdür, burda məni çətin rəqabət gözləyir. Çünki, mən oynadığım mövqelərdə daha səviyyəli futbolçular çıxış edir. Hücumda Reynaldo, sağ cinahda isə Corc Leroy var. Rəqabəti xoşlayıram, belə olan halda irəli gedə bilərəm. “Tvente” ilə oyunda meydana çıxacağımı deyə bilmərəm,buna baş məşqçi qərar verəcək. Məşqlərdə çalışıram ki, özümü göstərib oyunlara hazır olum. Belə bir şans olarsa “Qarabağ” üçün əlimdən gələni edəcəm”.

Xəbər xətti