"Hər iki futbolçu transfer vərəqəsini AFFA-dan alıb"
Xəbər verildiyi kimi, “Qarabağ” “Bakı”nın 2 futbolçusunu transfer edib. Həm Şəhriyar Əliyev, həm də Namiq Ələsgərov azad agent statuisu ilə Ağdam klubuna gəliblər.
Lakin hər iki futbolçu 23 yaşına çatmadığı üçün onları yetişdirən Bakı klubuna təzminat ödənilməliydi.
“Bakı” məsələ ilə bağlı artıq AFFA-ya müraciət edib. Yaranmış vəziyyətlə bağlı “Qarabağ”ın direktor müavini Asif Əsgərova müraciət etdik. Sportal.az saytına danışan Asif bəy təzminat iddiasına belə münasibət bildirdi:
“Biz heç bir qanunsuzluğa yol verməmişik. Hər iki futbolçu transfer vərəqəsini AFFA-dan alıb. Biz də həmin sənədi PFL-ə təqdim etmişik”.
saytlarin hazirlanmasi