Əsgər Abdullayev: "Güclülər dəstəsinə rəng qatmaq istəyirik"

20:48 - 10 Avqust 2014

"Cinahsız komanda, qanadsız quş kimidir"

 

Azərbaycan Premyer Liqasının ilk turunda doğma meydanda "Neftçi" ilə qarşılaşan "Araz Naxçıvan" rəqibini 3:0 hesabı ilə məğlub edərək mövsümə qələbə ilə başladı.

 

Sportal.az xəbər verir ki, "Araz Naxçıvan" klubunun baş məşqçisi:Əsgər Abdullayevin oyunla bağlı fikiləri belə olub:

 

"İki fərqli hissə oynadıq. Futbolçular ikinci hissədə tapşırıqları daha düzgün yerinə yetirdilər. İlk hissədə cinahlardan istifadə edə bilmədik. Elmin Çobanovun oyuna daxil olmasından sonra vəziyyət dəyişdi. Cinahlar güclü olanda komanda oyununu qurmaq daha asan olur. Cinahsız komanda qanadsız quşa bənzəyir.

 

Bütün azarkeşlərimizi təbrik edirəm, futbolçularıma minnətdaram. Azarkeş 12-ci oyunçudur. Çatışmazlıqlarımızı hələ var. Komanda əsasən yerli futbolçulardan təşkil olunub. Çalışırıq ki, əlimizdən gələni edək, azarkeşlərimizi sevindirək. Güclülər dəstəsinə rəng qatmaq istəyirik. kİV-də haqqımda yayılan şaiyələrdən danışmaq istəmirəm. Adamın Allahı var. Kimisə ləkələmək ayıbdır".

Xəbər xətti