Mövsümə 3 xalla başladı
Avropa Liqasının pley-off mərhələsində “Neftçi”nin rəqibi olan “Partizan” Serbiya superliqasında ilk turun oyununu keçirib.
Sportal.az-ın məlumatına görə, paytaxt klubu səfərdə “Vozdovac”ın qonağı olub.
“Partizan” görüşün 73-cü dəqiqədə hesabda geri düşsə də, 78-ci dəqiqədə meydan sahibləri avtoqolla yadda qalıblar. Sona qədər mübarizə aparan “Partizan” 90+2-ci dəqiqədə Volkovun və 90+4-cü dəqiqədə Fofananın vurduğu qollarla 3:1 hesablı qələbə qazanıb.
Xatırladaq ki, "Neftçi" ilə "Partizan" arasında ilk oyun avqustun 21-i Serbiyada, cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi