"UEFA-nın qərarı ədalətli deyil və "fair-play" ruhuna ziddir"
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Legiya” hər iki oyunda “Seltik”i (4:1 və 2:0) məğlub etsə də, mübarizəni dayandırmalı olub. Polşalıların etdiyi bir diqqətsizlik onlara baha başa gəlib. Səfər görüşünün sonlarında cəzalı Bartoş Bereşinski meydana çıxdığı üçün “Legiya”ya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu halda “Seltik” səfər qolu hesabına mərhələni adalayan tərəf olub.
Sportal.az xəbər verir ki, “Legiya” yaranmış vəziyyətlə bağlı rəqibinə müraciət edib və “Seltik”ə yenidən oynamağı təklif edib:
“Ya Varşavada, ya da Qlazqoda yenidən qarşılaşaq ki, hər şey ədalətli olsun. UEFA-nın qərarı ədalətli deyil və “fair-play” ruhuna ziddir.
“Seltik” əfsanəvi klubdur. 1967-ci ildə “İnter”i məğlub edərək Avropa Çempionlar Kubokunu başı üzərinə qaldırıb.
İndi təsəvvür edin ki, Cok Steyl və Billi Maknil sifariş vərəqəsi yanlış doldurulduğu üçün həmin tituldan məhrum olardılar”.
“Seltik” tərəfdən bu müraciətə cavab gəlməyib. Lakin BBC-nin yaydığı məlumata görə, Şotlandiya klubu bu təklifi qəbul etməyəcək.
Qeyd edək ki, “Seltik” ÇL-in 4-cü təsnifat mərhələsində “Maribor”la qarşılaşacaq.
saytlarin hazirlanmasi