"Qarabağ" və "Neftçi" PFL-ə müraciət edib
Futbol üzrə Azərbaycan superkubok oyunu təxirə salınıb.
Sportal.az xəbər verir ki, bu barədə Qol.Az saytına PFL-in mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
Onun sözlərinə görə, avqustun 13-də "Qarabağ" və "Neftçi" arasında Qəbələdə keçirilməsi nəzərdə tutulan oyun klubların qarşılıqlı razılığı əsasında başqa günə keçirilib. Avropa Liqasında çıxışları ilə əlaqədar olaraq "Qarabağ” və "Neftçi" PFL-ə müraciət edərək görüşün başqa tarixdə keçirilməsini istəyib.
Qeyd edək ki, hələlik qarşılaşmanın hansı tarixdə baş tutacağı dəqiqləşdirilməyib.
saytlarin hazirlanmasi