"Ola bilər ki, qarşıdakı günlərdə aramızda razılıq əldə olunsun"
Rumıniyanın “Dinamo” klubundan ayrılan və hazırda azad agent statusuna malik qapıçı Kristian Balqradyenin “Xəzər Lənkəran”a keçəcəyi deyilsə də, bu transfer baş tutmur.
Sportal.az Apasport.az saytına istinadən xəbər verir ki, buna səbəb isə 26 yaşlı qolkiperin cənub klubu ilə maliyyə məsələsində razılıq əldə edə bilməməsidi.
Bu barədə rumıniyalı qapıçının özü məlumat verib: “Xəzər Lənkəran”la maliyyə məsələsində razılığa gələ bilmirik. Hazırda bu söhbət açıq qalıb. Danışıqlar davam edir. Onlardan xəbər gözləyirəm. Ola bilər ki, qarşıdakı günlərdə aramızda razılıq əldə olunsun.
İllik maaşımın 300 min avro olmasını istədim, amma klub razılıq vermədi. Hələlik xəbər yoxdur. İnanıram ki, qarşıdakı günlərdə mənə dəqiq bir söz deyiləcək. Ümid edirəm ki, “Xəzər Lənkəran” kimi klubun şərəfini qorumaq mənə nəsib olacaq”.
saytlarin hazirlanmasi