"Vaxtilə "Neftçi"nin ən sərrast futbolçusu olub"
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev “Çixura”ya qarşı keçirilən ilk oyundan sonra belə bir açıqlama verdi: “3-cü mərhələni keçsək, bir hücumçu gəlir. Tanış hücumçudur. Kanaleslə artıq danışıqların son mərhələsidir”. “Neftçi” artıq “Çixura” səddini keçib və pley-off mərhələsinə vəsiqə qazanıb.
Bəs Kanaleslə bağlı son durum nədir? Bu barədə Futbol11.az saytına komandanın baş məşqçisi Böyükağa Hacıyev danışıb:
“Əlbəttə, Kanales gələcək. Yaxın günlərdə mən sizi sevindirəcəyəm”.
Qeyd edək ki, Kanales vaxtilə “Neftçi”nin ən sərrast oyunçusu olub. Onun bu gün Bakıda olacağı gözlənilir.
saytlarin hazirlanmasi