Hafiz Məmmədov sükutu pozdu: "Mən özüm ona-buna sponsorluq edirəm, amma kimlərsə "Bakı"ya sponsor axtarır"

12:20 - 12 Avqust 2014

"Bakı"sız çempionat olar?"

 

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov komandanı qəbul edib. Sportal.az Stadium.az-a istinadən xəbər verir ki, futbolçular, məşqçi heyəti və klub rəsmiləriylə görüşən Məmmədov, hər şeyin yaxşı olacağına, komandanın Premyer Liqada çıxışını davam etdirəcəyini bildirib. 

 

Toplantıdan sonra isə Hafiz Məmmədov Stadium.Az saytına özəl açıqlama verdi: 

 

“Bakı”sız çempionat olar? “Bakı” çempionatın bəzəyidir. Hər şey qaydasındadır, bütün problemlər həll olunub. Bunlar məndən aslı olan səbəblərə görə yaranmamışdı, amma hamısı həll olunub. Komanda Premyer Liqada qalacaq və çıxışına davam edəcək. Artıq bütün problemlər geridə qalıb. Bəzi adamlar da bilsin ki, “Bakı”nın pulu var. Mən özüm ona buna sponsorluq edirəm, amma kimlərsə “Bakı”ya sponsor axtarır. Bu, gülməli vəziyyətdir”.

Xəbər xətti