O, İtaliya millisinini baş məşqçisi ola bilər
DÇ-2014-də İtaliya milli komandasının fiaskoya uğraması Çezare Prandellinin istefasına səbəb oldu. Onun gedişindən sonra İtaliya yığmasında baş məşqçi postu boş qalıb.
Sportal.az xəbər verir ki, 2016 Avropa çempionatının seçmə mərhələsində qrupda millimizə rəqibi olan İtaliya yığması artıq baş məşqçi axtarışına başlayıb. Dünən İtaliya Futbol Federasiyasının rəsmləri bir araya gələrək baş məşqçi məsləsini müzakirə ediblər. Yığılncaqda “Yuventus”un sabiq baş məşqçisi Antonio Kontenin namizədliyi irəli sürülüb. “Yuventus”la müqaviləsini uzatmayan gənc məşqçi İtaliya millisində işləməyə hazır olduğunu bildirib.
saytlarin hazirlanmasi