AFFA-dan "Bakı"ya cavab: "Verdiyimiz qərarın arxasındayıq"

12:09 - 13 Avqust 2014

"Bu açıqlamaları biz də oxumuşuq"

 

“Bakı” klubunun yetirmələrinin AFFA tərəfindən azad agent statusu alması futbolumuzda yeni qalmaqala səbəb olub.

 

“Bakı” klubu iddia edir ki, bu, FİFA -nın reqlamentinə ziddir. Hər klub 23 yaşına qədər olan yetirməsinə görə təzminat almalıdır. “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov bu məsələ ilə bağlı FİFA-ya  müraciət edəcəklərini deyib.

 

Yaranmış vəziyyətlə bağlı qarşı tərəfin mövqeyini də öyrəndik. Sportal.az saytına açıqlama verən AFFA-nın mətbuat katibi “Bakı”nın ittihamını əsassız sayır:

 

“Bu açıqlamalrı biz də oxumuşuq, durumdan xəbərdarıq. Biz verdiyimiz qərarın arxasındayıq. Artıq AFFA-nın müvafiq komissiyasına tapşırıq vermişik ki, bütün sənədləri hazırlasınlar. Hüquqşunaslar sənəd işini başa çatdıran kimi rəsmi açıqlama verəcəyik”. 

Xəbər xətti