"Əgər mən pula önəm versəydim, elə orda qalıb oynayardım"
Avropa Liqanın ilkin mərhələsində “Şiroki Biriyeq”ə qarşı çıxış edən Nizami Hacıyev “Qəbələ” ilə yeni müqavilə bağlamadı. Ötən mövsüm “qırmızıların” uğurları üçün çalışan futbulçu yayda “İnter”ə üz tutaraq “bankilər”lə anlaşdı. Azərbaycan Premyer Liqasının ilk turunda “İnter”in yeni transferi Hacıyev də son dəqiqələrdə sabiq komandası “Qəbələ”yə qarşı oynadı.
Nizami Hacıyev Sportal.az-a açıqlamasında əvvəl cempionatın ilk turu “Qəbələ” ilə oyundan danışdı:
““Qəbələ” bir qədər yorğun kimi görünürdü. Biz daha yaxşı oynayıb rəqibə imkan vermədik. Ancaq “Qəbələ”ni belə böyük hesabla məğlub edəcəyimizi gözləmirdim. Mövsümə uğurlu start götürmək komandaya əlavə stimul verir. Nəvbəti turda rəqibimiz daha güclü “Qarabağ” komandasıdır. Bu uğurun davamını gətirmək üçün onlarla da oyuna ciddi hazırlaşırıq.”
Nizami Hacıyev “Qəbələ” komandası ilə müqaviləsini niyə artırmadığna da aydınlıq gətirib:
“Bilirsiz, arada boş-boş şayələr yayıblar. Deyilənə görə, mən baş məşqçi Daniel Muntyanu ilə yola getmədiyim üçün “Qəbələ” ilə yeni müqavilə bağlamadım. Bu xəbərlər həqiqəti əks etdirmir. Əksinə, baş məşqçimiz mənə güvənirdi. Muntyanu komandada qalmağımı istəyirdi. Sadəcə, ailədən uzaq qalmamaq üçün “İnter”i seçdim. Muntyanu ilə münasibətimizin soyuq olması da yalan söhbətdir. Mətbuatda belə bir xəbər də yayıldı ki, məhz buna görə “Qəbələ” məndən imtina edib. Belə bir şey olmayıb axı. Fariz müəllim mənimlə görüşəndə soruşdu ki, nə kimi problemin var. Ona bildirdim ki, ailəmdən uzaq qala bilmirəm, hardasa onlar üçün darıxıram. Əgər mən pula önəm versəydim elə “Qəbələ”də qalıb oynayardım da. Hər şey pulla ölçülmür. Ona görə də, “İnter”lə müqavilə bağladım. Vaxtı ilə “İnter”də oynadığım üçün bu komanda mənə doğma gəlir. Kaxaber Çxadadze başda olmaqla komandada oynayan əksər futbolçuları tanıyıram. Bütün kollektiv məni gözəl qarşıladı. Bundan sonra “İnter”in uğur qazanması üçün əlimdən gələni edəcəyəm”.
saytlarin hazirlanmasi