Rəhman Hacıyev yığmada debüt edə bilər
Türkiyə birinci divizion təmsilçisi "Qaziantep BB"nin üç futbolçusu - Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyev Azərbaycan millisinə çağırılıb.
Sportal.az xəbər verir ki, bu barədə Türkiyə klubunun saytı məlumat yayıb. Hər üç futbolçunun avqustun 20-i keçiriləcək Özbəkistanla yoldaşlıq oyununa dəvət olunduğu bildirilib.
Futbolçuların milliyə çağırılması klub rəhbərliyi və məşqçi heyəti tərəfindən sevinclə qarşılanıb.
Qeyd edək ki, Özbəkistanla oyun üçün Azərbaycan millisinin heyəti hələlik açıqlanmayıb.
saytlarin hazirlanmasi