Debütant liderliyə yükələ biləcəkmi?
Bu gün Topaz Premyer Liqasının II turu çərçivəsində daha 2 qarşılaşma baş tutub.
Sportal.az xəbər verir ki,ilk turda “Bakı” ilə oyunu baş tutmayan “Simurq” doğma divarlar arasında AZAL-ı sınağa çəkib. Zaqatala təmsilçisi oyunun taleyini elə birinci hisədə həll edib.
İkinci tura Qəbələdə yekun vurulub. Mövsümə uğursuz başlayan qəbələlilər evdə debütant “Araz-Naxçıvan”ı qəbul edib. Bu matçda da ev sahiblərinin ilk yarıda vurduğu yeganə qol "Qəbələ"yə 3 xal qazandırıb. .
17 avqust (bazar)
19:00. “Simurq” – AZAL 2:0
Qol: Rəşad Eyyubov, 5, Tural Nərimanov, 16 (öz qapısına)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev
Zaqatala şəhər stadionu
20:00. “Qəbələ” – “Araz Naxçıvan” 1:0
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Xəlil Hüseynli
Qol: Cavid Hüseynov, 19-pen.
Qəbələ şəhər stadionu
saytlarin hazirlanmasi