"35 dəqiqə sanki komanda özündə deyildi"

21:57 - 17 Avqust 2014

Tərlan Əhmədov: "Öz oyunumuzu göstərmək üçün bizə vaxt lazımdır"
 
“İlk turdan fərqli olaraq, bu gün "Siçurq"la oyunda qələbə qazanmaq istəyirdik. Görünür, əsas heyətin iki üzvünün olmaması oyunumuza təsir etdi”.
 
Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının ikinci turunda səfərdə “Simurq”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bildirib.
 
O qeyd edib ki, ilk 35 dəqiqədə komanda sanki özündə olmayıb: “Birinci hissənin son 10 dəqiqəsində komanda özünə gəldi. Hər halda, “Simurq”u layiqli qələbə ilə təbrik edirəm. İkinci hissədə Kordobanın qol imkanı olsa da, epizoddan istifadə edə bilmədi. Mövsüm uzundur, qarşıdakı oyunlara baxacağıq. Legioner oyunçular komandaya tam uyğunlaşmayıb. Yaxın günlərdə daha bir hücumçu da komandamıza cəlb olunacaq. Öz oyunumuzu göstərmək üçün bizə müəyyən vaxt lazımdır”. 

Xəbər xətti