Georgi Çixradze: "AZAL-a daha çox qol vura bilərdik"

22:09 - 17 Avqust 2014

"Transfer dövrünün sonuna kimi daha 2 futbolçu ilə güclənməyi düşünürük"
 
“İlk növbədə komandamı qələbə münasibəti ilə təbrik edirəm, gözəl oyun göstərdik. Mövsümün ilk oyununda qələbə qazanmaq vacib idi. Təəssüf ki, ilk turu buraxmalı olduq. Demək olar ki, rəsmi oyun praktikamız yox idi. AZAL-a daha çox qol vura bilərdik, imkanlarımız çox idi, yaxşı oyun göstərdik”.
 
Sportall.az PFL-in saytına istinadən xəbər verir ki,  bu sözləri “Simirq”un baş məşqçisi Georgi Çixradze deyib.
 
Azərbaycan Premyer Liqasının bu gün keçirilən ikinci turununda AZAL-a 2:0 hesabı ilə qalib gəldikləri matç haqda danışarkən o, komandasının oyunundan razı qaldığını deyib:
 
“İlk hissədə iki qol vursaq da, bizim üçüm asan oyun olmadı. Hesabda irəli çıxandan sonra da oyuna nəzarəti əlimizdə saxlamağa çalışırdıq. Adam Banaş, Marko Stanoyeviç, Əli Gökdəmir və Vadim Abdullayev komandaya gec qoşulsalar da, özlərini yaxşı tərəfdən göstərə bildilər. Transfer dövrünün sonuna kimi daha 2 futbolçu ilə güclənməyi düşünürük. Təəssüf ki, Vüqar Mustafayev əməliyyat keçirməli oldu. O, bizə zədəli halda gəlmişdi”. 

Xəbər xətti