"Qapıçı problemi tezliklə həll olunacaq"

15:20 - 19 Avqust 2014

Tuyqun Nadirov: "Belə bir şey ola bilməz ki, futbolçuların maaşını verməyək" 
 
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov komandanın mövsümə pis start verməsi barədə fikirlərini açıqlayıb.
 
 
Sportal.az Azerisport.az saytına istinadən xəbər verir ki, klub rəsmisi komandanın çıxışı ilə bağlı açıqlama verib:
 
"Komanda mövsümə uğursuz başladı. Dünən klub prezidenti Mais Mənsimov baş məşqçi Oğuz Çətinlə görüşüb. Komandanın hazırkı durumu bağlı müzakirələr aparılıb. Bu cür çıxışın məlum səbəbləri var. Komandanın bütün üzvləri toplanışda əvvəldən axıradək iştirak etməyib. Bu üzdən futbolçular şübhəsiz ki, mövsümə hələ tam hazır deyillər. Heyətlə bağlı problem də qalır. Qapıçı məsələsini həll edə bilməmişik. Klub prezidenti hazırda bu prosesi başa çatdırmaqdadı. Namizədlərimiz var. Baş məşqçi komandada kimi görmək istəyirsə, buna aydınlıq gətirməlidi. Oğuz Çətin yaxın günlərdə kiminlə çalışmaq istədiyini deyəcək və biz onunla danışıqlara başlayacağıq".
 
Nadirov maaşların gecikdirilməsi barədə söhbətlərə də aydınlıq gətirib: "Belə bir şey ola bilməz ki, futbolçuların maaşını verməyək. Sonuncu dəfə toplanışdan sonra onların pullarını vermişik. Kimə nə qədər düşürsə, onu da alır".

Xəbər xətti