"İndiki vəziyyətdə onu əsas komandaya qatarmağı düşünmürük"
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu yarımmüdafiəçi Dodonun əsas komandaya qayıtmaq perspektivini dəyərləndirib.
Sportal.az Azerisport.az saytına istinadən xəbər verir ki, baş məşqçi əvəzedici komandaya göndərdiyi braziliyalı futbolçu ilə bağlı bunları söyləyib:
"Toplanış zamanı baş verən olayı nəzərə alsaq, o, hazırda əsas komandanın futbolçusu deyil. Odur Kİ. onun əsas heyətə dönüşü haqda danışmaq tezdi. "Araz Naxçıvan"la oyunda baş verən olay bir daha göstərir ki, Dodonun psixoloji durumu qaydasında deyil. Onun ilk növbədə özü ilə bacarması lazımdı. Başa düşməlidi ki, Hollandiyada niyə elə oldu, əvəzedici komandada niyə belə hərəkət etdi. Biz onun əsas komandaya qayıtmaq məsələsini müzakirə etmirik. Baxmayaraq ki, əvəzedici komandada verilən cəza Premyer Liqaya aid deyil. Ola bilsin ki, zaman keçdikcə futbolçu öz səhvini başa düşsün və biz onun geri qayıtmasına baxaq. Amma indiki halda bunu düşünmürükl".
saytlarin hazirlanmasi