"Futbolçu cəzasız qalmayacaq"
"Xəzər Lənkəran" klubunun futbolçusu Sadio Tounkara komandanın heyətinə hələ də qoşulmayıb. Təxminən dörd gündən sonra futbolçunun cənubluların düşərgəsinə gələcəyi deyilir.
Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, baş məşqçi Oğuz ÇətinəTounkara ilə bağlı danışıb: "Tounkaranın 24 avqustda gələcəyi deyilir. Mənim də bildiyim bu qədərdir. Təbii ki, futbolçu cəzasız qalmayacaq. İlk növbədə ona mütləq şəkildə maddi cəza veriləcək. Bundan başqa Tounkaranın əsas heyətə düşməsi üçün fiziki hazırlıq səviyyəsi yüksək olmalıdır. Ona görə də, Sadio komanda ilə məşqdən əlavə xüsusi ağır məşq planına da cəlb olunacaq. Onun bir problemi olduğunu düşünmürəm. Qısa zamanda tam hazır olacağına ümid edirəm".
saytlarin hazirlanmasi