"Tvente"nin baş məşqçisi: "Oyunumuz "Zalsburq"la qarşılaşmaya görə qurmuşduq"

00:17 - 22 Avqust 2014

"Sizə indidən heç nə deyə bilmərəm"
 
Hollandiyanın "Tvente" klubunun baş məşqçisi Alfred Şreyder Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, o, 0:0 hesabı ilə başa çatan qarşılaşmanı belə şərh edib:

"Oyunun belə maraqlı alınacağını bilirdik. Bu gün bizi hər şey qane etdi. Rəqibin qol vəziyyətləri oldu. Amma biz yaxşı müdafiə olunduq. "Qarabağ"ın "Zalsburq"la oyununa baxmışdıq və bilirdik ki, çox çətin olacaq. Bugünkü oyunumuzu də məhz həmin qarşılaşmaya əsasən qurmuşduq.
Səfər oyunu üçün bu, yaxşı nəticədi. Amma etiraf edim ki, 0:0 çox təhlükəli nəticədi. Başa düşürük ki, cavab oyununda bizi çətinliklər gözləyir. Biz bu gün risk etmədik.Kimə maraqlıdısa, gəlib baxa bilər. Sizə indidən heç nə deyə bilmərəm.

Biz rəqibin təklif etdiyi oyuna uyğun mübarizə aparırdıq. "Qarabağ"ın da futbolçuları kobud oynayırdılar. Bizim kobud oynamağımız xüsusi bir tapşırıq deyildi. Qazonun durumu rəqibin oyununa mane olurdu. "Qarabağ" top saxlamaqda çətinlik çəkirdilər. Amma bizə də asan deyildi. Sadəcə, buna hazır idik.

5 il öncəki "Qarabağ"la indiki arasında fərq var. Klubun büdcəsi artıb, yeni oyunçular alınıb. Komandanın yaxşı müdafiə xətti var. Onlara qarşı oynamaq çətindi. İndi "Qarabağ" daha təcrübəli və güclüdü".

Xəbər xətti