Samir Musayev: "Tvente" zəif təsir bağışladı"

11:25 - 22 Avqust 2014

"Birinci hissə sönük keçdi"

 

Dünən “Qarabağ” klubu Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Hollandiyanın “Tvente” klubunu qəbul etdi. Oyun qolsuz bərabərliklə sona çatdı.

 

“Qarabağ” klubunda çalışan Samir Musayev oyunla bağlı fikirlərini bölüşüb. Sportal.az saytına açıqlama verən gənc mütəxəssis birinci hissənin sönük keçdiyini deyib:

 

“İlk dəqiqələrdən hiss olunurdu ki, hər iki komanda ehtiyatlı oyuna üstünlük verir. “Tvente” müdafiəyə qapandığı üçün “Qarabağ” istədiyi hücumları qura bilmirdi. Buna baxmayaraq, fasiləyə qədər “Qarabağ” qol imkanı yarada bildi. Amma birinci hissə sönük keçdi.

 

Bizimkilər ikinci hissədə fəallığı bir az da artırdılar və daha çox qol imkanları yaratdılar. Ümumi götürəndə “Tvente” zəif təsir bağışladı”. 

Xəbər xətti