Braziliyalı forvard "Qarabağ"da qalır
Son zamanlar “Qarabağ” Reynaldoya görə kifayət qədər sərfəli təkliflər almağa başladı. Sportal.az-ın verdiyi özəl məlumata görə, “Qarabağ” braziliyalı futbolçuya görə “Zalsburq”dan 3 milyon avroluq təklif aldı.
Bu dəfə əldə etdiyimiz məlumata görə, klub Reynaldonu saxlamaq qərarına gəlib və braziliyalı hücümçü ulə müqavilənin müddəti uzadılıb.
“Qarabağ”la hələ il yarımlıq müqaviləsi olan Reynaldo yeni anlaşmaya imza atıb. Onun müqaviləsi daha 2 il artırılıb.
Qeyd edək ki, sərfəli təkliflərə rəğmən Reynaldo özü də “Qarabağ”da qalmaq istəyirdi.
saytlarin hazirlanmasi