Stamenkoviçdən oxşar səhv: 3 il əvvəl Ruslan Abışovu, indi isə Denisi sığortalaya bilmədi VİDEO

15:30 - 22 Avqust 2014

Çərçivədə dayansaydı, heç biri qol olmayacaqdı

 

“Neftçi” Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Partizan”la qarşılaşıb. Komandamız hesabda 2 top irəlidə olsa da, sonda məğlub olub.

 

Oyunda ən diqqətçəkən məqamlardan biri iki topu avtoqoldan buraxmağımız olub. Elvin Yunuszadənin epizodunda qapıçı Saşa Stamenkoviçə irad bildirmək doğru olmsa da, Denisin tərs zərbəsində onun da günahı var.

 

Hələ “Neftçi”yə yeni gəldiyi zamanlar onun çıxışlarda səhvə yol verməsi, heç bir luzum olmadan çərçivəni tərk etməsi diqqət çəkirdi. Üç il əvvəl “Xəzər Lənkəran”la oyunda da Stamenkoviç belə səhvə yol vermişdi. O, vəziyyəti səhv dəyərləndirərək irəli çıxdığı an Ruslan Abışovun tərs baş zərbəsindən sonra avtoqol olmuşdu. Halbuki, Saşa çərçivədə dayansaydı, həmin epizod qolla nəticələnməyəcəkdi.

 

Ötən gün “Partizan”la oyunda da oxşar vəziyyət yaranıb. Görüntülərdən də aydın sezilir ki, Stamenkoviç mövqeyini tərk etməsəydi, avtoqol olmayacaqdı. Sportal.az müqayisə üşün 3 il əvvəl və dünən vurulan avtoqolları təqdim edir.  

 

Xəbər xətti