Avrokuboklarda debüt edən gənc "Qarabağ"lı: "Tvente” azarkeşləri önündə istədiyimiz nəticəni əldə edə bilərik"

00:01 - 23 Avqust 2014

"Bir az şanssız idim"
 
"Qarabağ" Avropa Liqasının ilk matçında "Tvente" ilə doğma meydanda 0:0 hesablı nəticəyə razı oldu.
 
Oyuna sonra daxil olan və avrokuboklarda debüt oyununa çıxan Cavid Tağıyev bu və cavab matçı haqqında fikirlərini Sportal.az-a bölüşdü.
 
"Gərgin qarşılaşma oldu. Komanda şəklində yaxşı oyun sərgilədik. Əlimizə düşən şanslardan istifadə edə bilsəydik, qalib gələ bilərdik. İkinci oyunda yaxşı mübarizə aparıb turu keçəcəyimizə inanıram. Hər şey bizdən asılıdır.

Rəqib azarkeşlərinin önündə oynamaq bizim üçün problem deyil. İstəsək “Tvente” azarkeşləri önündə istədiyimiz nəticəni əldə edə bilərik.  

Avropa arenasında ilk oyunum idi. Bir az şanssız idim. Amma ikinci oyunda əlimə düşən fürsətləri dəyərləndirməyə çalışacam".

Xəbər xətti