3 il əvvəlin videosu yenidən gündəmə gəldi, azarkeşlər Qurban Qurbanovu milliyə istədi VİDEO

13:00 - 23 Avqust 2014

"Facebook"da Berti Foqtsa boykot aksiyası 

 

Milli komandanın qeyri-sabit çıxışı, böyük nəticələrə imza ata bilməməsi və belə vəziyyətin artıq illərdir davam etməsi yenidən azarkeşləri dilə gətirib.

 

Özbəkistan yığması ilə yoldaşlıq oyununda millimizin göstərdiyi məzmunsuz oyun fanatları yenidən hərəkətə gətirib. “Facebook”da Berti Foqtsa boykot aksiyasına start verilib.

 

Bununla əlaqədar “Azərbaycan Futbolu” səhifəsi 3 il əvvəlin videosunu yayıb. Təqdim olunan videoda tanınmış telejurnalist Emin Abbasov AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib. Çıxışın məzmunu Foqtsun istefaya göndərilməsi olub.

 

Qeyd edək ki, bu video “facebook”da bir çox istifadəçilər tərəfindən paylaşılıb. Videoya rəy yazanların çoxu milli komandaya baş məşqçi kimi Qurban Qurbanovu göstərib. 

 

Xəbər xətti